Bu gün üç klubumuz Avropa kuboklarında üçüncü mərhələdə mübarizəyə başlayır.
Əlbəttə, Konfrans Liqasında "Neftçi" - "Beşiktaş" oyunu daha ajiotajlı keçəcək. Rəqib favorit sayılsa da, unutmayaq ki, bu gün "Neftçi"də psixoloji ab-hava son illər heç vaxt olmadığı qədər yaxşı durumdadır. Klubun bu oyunu yeni adı "Neftçi Arena" olan keçmiş 8-ci km. stadionuna salması isə fikrimcə, uğurlu addımdır. Çünki sabit sponsor gəliri olan klub birinci növbəti nəticəni düşünməlidir, sonra cibini.
Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi, prinsipcə, "Neftçi"yə nəsə qazandırmayacaqdı. 40-50 min azarkeşin 90 faizinin həmin stadionda sanki gözəl dəniz mənzərəsini seyr edirmiş kimi səssizcə oturmağındansa, 10-11 minlik "Neftçi Arena"nın tam dolması, çılğın azarkeş dəstəyi, tribunalarla meydan arasında yaxınlıq futbolçuların əlavə güc qaynağı ola bilər.
Baş məşqçi Adrian Mutunun inamlı açıqlamaları da ayrıca qeyd edilməlidir. Əsas məsələ yeni oyunçuların bu oyuna tam hazır olub-olmayacağıdır. "Neftçi"nin yeni transferləri barədə indidən nəsə söyləmək haqda tələsmək istəməzdim. Amma mərkəz müdafiəçisi Yuri Matiasın oyununu, əzmkarlıq və inadkarlığını qeyd etmək olar...
Və bu oyun haqda sonda ayrıca bir fikrim də odur ki, "Başiktaş" qardaş ölkəni təmsil etsə də, onlara vəfa borcumuz olsa da, bu gün öz komandamız "Neftçi"nin yanında olmalıyıq.
Bu gün güclü azarkeş dəstəyinə ehtiyacı olan həm də "Qarabağ"la "Sabah"dır. Avrokuboklarda debütant olduğundan "Sabah"ın üzərində təzyiq yoxdur: nə klubun sahibləri, nə də ictimaiyyət səviyəsində.
Düzdür, rəqib "Partizan" (Serbiya) Avropada tanınmış klublardandır. Amma son illər klubun həm nəticələrində eniş var (son mövsüm daxili liqada 4-cü yer), həm də daxili ab-hava yaxşı deyil. Patrik Andradeni bu klubu tərk edib yenidən "Qarabağ"a qayıtması onlarla misaldan biridir.
Hələlik yeganə təəssüf doğuran məqam "Sabah"ın liderlərindən olan Coy-Lens Mikkelsin vicdansız hərəkətidir. Səudiyyə Ərəbistanına getmək istəyən Mikels dünən baş məşqçi Murad Musayevə bugünkü matçda oynamaq istəmədiyini söyləyib. Səbəb hər nə olursa olsun, peşəkar idmançı heç olmasa bu matçda (və ya bu mərhələdə) indiki klubunun yanında olmalı idi.
Nəhayət, "Qarabağ"...

Ümumi ab-havadan hiss olunur ki, son vaxtlar komandaya qarşı ictimaiyyət arasında soyuq, laqeyd münasibət yaranıb. Bunun anlaşılan və həm də anlaşılmayan səbəbləri var. Bəzi tənqidlər, tələblər haqlıdır, amma kluba, onun baş məşqçisinə yönələn əndazəni aşan fikirlər, təhqirlər Azərbaycan futbolunu 15 ildir çiynində daşıyanlara münasibətdə ən azı nankorluqdur.
Və məhz indi, bu gün elə bir gündür ki, komandanın yanında olmaq lazımdır. "Qarabağ"ın indiyədək məğlub etdiyi Polşanın klublarına bu dəfə uduzması (özü də çempionuna) əlbəttə, qanqaraldıcı faktdır, amma faciə deyil.
Bu gün "Qarabağ" Avropa Liqasında Finlandiya təmsilçisi HİK-lə qarşılaşacaq. Bu matça proqnoz verməkdən tamamilə uzağam, amma "Qarabağ" bütün göstəricilərdə rəqibindən üstündür. Odur ki, Qurban Qurbanov futbolçuları ilə birgə bu mərhələni keçməlidir.
B variantı yoxdur, olmamalıdr da.
Və məhz HİK-lə oyunlar bizə komanda ilə bağlı əsl mənzərəni üzə çıxaracaq ki, son vaxtlar "Qarabağ"ın oyunundakı bu eniş keçicidir, yoxsa uzunmüddətli...
Aydın Bağırov
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı