"Jelezniçar"ın baş məşqçisi Nermin Başiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında komandasında itkilərin olduğunu deyib:
“Biz burada olmaqdan xoşbəxtik. “Neftçi”yə minnətdarıq ki, bizə təlim-məşq bazası verib. İtkilərimiz var. Əsas komandanın 6-7 futbolçusu sıradan çıxdı, ehtiyat oyunçularla da problemlər yarandı. “Neftçi” böyük klubdur və cütün favoritidir. Bilirik ki, qarşılaşmanın bütün biletləri satılıb və azarkeşlər komandalarını dəstəkləyəcəklər. Amma sabah bütün Bosniya və Herseqovina bizimlə olacaq. Qalib gəlməyə çalışacağıq".
Mütəxəssis görüşə hazır olduqlarını qeyd edib: "Ümid edirəm ki, cavab oyununda üzərimizə düşən vəzifənin öhdəsindən gələcəyik. “Neftçi” yeni transferlər etməklə heyətini gücləndirir. Onların böyük büdcəsi var. Komandanı qələbəyə hazırlayırıq. Havaya gəlincə, hər şey qaydasındadır".
O, "Sabah komandanız ilk matçda olduğu kimi oyunun tempini öldürməyə çalışacaq" sualını bu cür cavablandırıb: "Bosniya və Herseqovina çempionatı Avropanın ən sürətli çempionatı deyil. Çətin ki, sabah bizim matçda yüksək oyun tempi görəsiniz. İtkilərimizi nəzərə alsaq, bunun əksini gözləməyə dəyməz".
Qeyd edək ki, bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb. Sabah "Bakcell Arena"da keçiriləcək cavab matçı saat 21:00-da başlayacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı