"Sabah klubumuzun tarixi üçün çox önəmli gündür. Evdə ilk avrokubok oyunumuzdur. Bizi çox çətin oyun gözləyir, güclü rəqibə qarşı oynayacağıq. Bura gəlmək üçün çox məsafə qət etmişik. Futbolçularımız yaxşı hazırlaşıblar. Sabah güclü olan qalib gəlsin".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah RFS-ə (Latviya) qarşı keçirəcəkləri cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin son matçında 7 cavabsız qol ilə qalib gəlməsinə toxunub: "RFS çox güclü rəqibdir. Ötən mövsüm avrokuboklarda qrup mərhələsində oynayıblar, əvvəl də ölkə çempionu olublar. Mənə görə, RFS Latviyanın ən güclü komandasıdır".
Mütəxəssis ilk oyundakı 2:0 hesablı qələbənin futbolçularda arxayınlıq yaratmayacağını deyib: "Məşqçi kimi əsas məqsədimiz etdiyimiz səhvlərdən nəticə çıxarmaq və futbolçuları oyuna düzgün şəkildə kökləməkdir. 2:0 hələ heç nə demək deyil. Sakit olmalıyıq. Bir səhv hər şeyi dəyişə bilər".
M.Musayev "Sabah növbəti mərhələdəki potensial rəqibiniz olan "Partizan"dan nəyisə gizlədəcəksiz, yoxsa tam gücünüzlə oynayacaqsız" sualına bu cür cavab verib: "Zarafat edirsiniz? Hələ mərhələ adlamamışıq, şanslar bərabərdir".
M.Musayev bildirib ki, RFS-in açıq futbol oynaması onları qorxutmur: "Mən açıq futbolu sevirəm. Səfərdəki matçda rəqib bütün təhlükələri standart vəziyyətlərdən yaratdı. Onlar hündürboy futbolçulara sahibdirlər. Sabah necə oynayacaqlarını bilmirəm. Açıq futbol oynayacaqlarsa, buyursunlar".
O, futbolçuları Coy Lens-Mikels və Emmanuel Apehin hazırlıq durumuna da toxunub: "Apehdə heç bir problem yoxdur. Mikelsin təlim-məşq toplanışında kiçik zədəsi var idi. Ona görə də son hazırlıq matçını buraxmalı oldu. Riqada da 45 dəqiqə oynadı. Amma bərpa olunmaq üçün bir həftə vaxtı oldu".
Mütəxəssis "Sabah"ın bu mövsüm üçün hədəfləri haqqında danışıb: "Hazırda bütün diqqətimiz RFS-dədir. "Partizan" haqda hələ düşünmürük. Məqsədimiz rəqibin qarşısını almaqdır. Rəhbərliklə gələcək haqda heç nə danışmamışıq. Azarkeşlər həmişə bizə dəstək olublar. Riqada da bizi dəstəklədilər. İnanıram ki, sabah onlar bizim 12-ci oyunçumuz olacaqlar".
M.Musayev bu gün keçiriləcək "Qarabağ" - "Rakov" cavab matçından gözləntilərini bölüşüb: "Qarabağ" ilk görüşdə çox yaxşı oynadı. Sadəcə olaraq kiçik səhvlər onlara baha başa gəldi. "Qarabağ" təcrübəli komandadır. Bu gün bizi maraqlı və gərgin oyun gözləyir".
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu