Azərbaycan millisinin voleybolçusu Kristina Besman federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Qol.az xəbər verir ki, o, Avropa çempionatında qrupdan çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib:
"Avropa çempionatı öncəsi toplarla yanaşı, fiziki və taktiki məşqlərimizi də tam ciddi şəkildə davam etdiririk. Meydanda bir-birimizlə daha yaxşı anlaşmaq üçün fərqli taktikalar üzərində çalışırıq.
Bosniya və Herseqovinada üç yoldaşlıq matçı keçirdik. Bu oyunlar hazırlıq prosesində daha çox nələrə diqqət ayırmalı olduğumuzu göstərdi. Məşqlərdə bunlar üzərində çalışmaq üçün qısa vaxtımız var. Hazırda Bakıdayıq və burada da yoldaşlıq oyunlarımız olacaq. Bu qarşılaşmalarda həmin çalışmaların nə dərəcədə yaxşı alındığını da yoxlaya biləcəyik.
Avropa çempionatına az vaxt qalıb və biz ciddi şəkildə hazırlığa davam edirik. Daha yaxşı oynayıb qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, voleybol üzrə Avropa çempionatın avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyada keçiriləcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı