Azərbaycan millisi Afinaya yollandı

Azərbaycan millisi Afinaya yollandı
VOLEYBOL 27 İyul 2026 / 10:08 1894
-  A +

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Komanda bu gün Afinaya yola düşüb. İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner