Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Polşada “Rakov”a 2:3 hesabı ilə uduzan “Qarabağ” Vətənə qayıdıb. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.
- “Rakuv”a qarşı matçı necə dəyərləndirirsiz?
- Görüşdən sonra mətbuat konfransında dediyim kimi, oyundan razı qaldım. İntizamlı komandaya qarşı oynayırdıq. 90 dəqiqə ərzində rəqibə çətinliklər yaşatmağa çalışdıq. Məncə, pis də alınmadı. Ümumən maraqlı görüş baş tutdu. Hesab edirəm ki, bu qarşılaşma futbolçularımın qarşıdakı oyunlarda daha da inamlı görünməsi üçün bir səbəb oldu.
- Komandanız 0:2-dən sonra hesabı 2:2-yə gətirdi. Bu o deməkdir ki, “Rakov”a qarşı oynamaq mümkündür...
- Təbii ki, “Rakov”a qarşı oynamaq mümkündür. 0:2-dən sonra dönüş etmək uğurlu nəticə idi. Sonda qol buraxdıq. Hesab 2:2 olarkən üçüncü qolu da vura bilərdik. Bunun üçün şanslarımız da var idi. Rəqib də bizi çox ciddiyə almışdı və bunu da ilk dəqiqələrdən hiss etdik. “Rakov”un bizim düşünmədiyimiz bəzi hücumları var idi. Çalışmalıyıq ki, Bakıdakı matçda həmin hücumların qarşısını alaq və kollektiv olaraq bəzi diqqətsizlikləri aradan qaldıraq.
- “Qarabağ”ın qapısında gördüyü qolları necə qiymətləndirirsiz?
- İlk qolun qarşısını almalıydıq, ümumiyyətlə həmin hücumun qarşısı alınmalı idi. Çünki bilirdik ki, rəqib bu tərz hücumlar edir. Kuryoz qol alındı, top Elvinin ayağına dəydi. Futbolda belə hallar olur. Bir komanda səhv etməlidir ki, digəri də bundan yararlansın.
- Şahruddin Məhəmmədliyevə buraxılan ikinci qol necə təsir edib? Yəqin ki, psixoloji olaraq özünü yaxşı hiss etmir?
- Təbii ki, bu qol ona təsir etməmiş olmaz. Bu cür epizodlarda daha diqqətli olmaq lazımdır. Düzdür, top yumrudur, bəzən reaksiya gözlənilən kimi olmur. Amma Şahruddinə güvənim sonsuzdur. Bacarıqlı qapıçıdır. Komandanın hücumlarının qurulmasında böyük rol oynayır.
- Oyundan əvvəl və matçın gedişində zədələnən Marko Veşoviçlə Elvin Cəfərquliyevin vəziyyəti necədi?
- Elvində problem olmamalıdır. Cavab matçında, məncə, oynaya biləcək. Sabah dəqiq bilinəcək. Veşoviçin durumu problem yaradacaq. O da sabah MRT-dən keçəcək. Ola bilər uzun müddət kənarda qalsın.
- Cavab oyununun Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Bakı Olimpiya Stadionunda olması komandanıza mənfi təsir göstərməyəcək?
- Tofiq Bəhramov adına Respublika Stadionu hamımıza doğma meydandır. Orada özümüzü daha komfort hiss edirik. Amma neqativ fikirlərdən uzaq olmalıyıq. Səfərdə 2:3 hesabı ilə uduzmuşuq, sanki böyük həyəcan var, təşviş var. O səhv elədi, belə oynadıq, çox qol buraxdıq və s. Belə düşünsək, futbolçulara da mənfi təsir etmiş olarıq. Uduzsaq da, uduzacağıq. Futboldur bu. Səfərə təbii ki, uduzmaq üçün getməmişdik. Bəzən hər şey kənərdan rahat görünə bilər. Amma elə deyil. Futbolçular 90 dəqiqə Polşa çempionuna qarşı pressinq edirsə, bu, müsbət haldır. Çalışıb Bakıda daha yaxşı, daha dinamik oynamalıyılıq. Stadion və başqa amilləri düşünməməliyik. Səfərdə gərgin deyildik, uşaqlarda yaxşı konsentrasiya var idi. Robot deyilik ki, 90 dəqiqə rəqibi topsuz saxlayaq.
- Cavab oyunu üçün azarkeşlərə çağırış etmək istərdiniz?
- Azarkeşlərimiz həmişə yanımızda olublar. Bundan sonra da bizi dəstəkləyəcəklərinə əminəm.
- Dünən 2 qol vuran Redon Cicanın çıxışına necə qiymət verirsiz?
- Onun qollar vurmasına sevinirik. İnşallah, daha da yaxşı olacaq. (Sport24.az)
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu