"Vest Hem"in kapitanı Deklan Raysın "Arsenal"a keçidi rəsmiləşib.
Qol.az xəbər verir ki, "Vest Hem"in rəsmi saytı ingiltərəli yarımmüdafiəçinin rekord məbləğə London klubuna satıldığını açıqlayıb. Bu transferin dəqiq məbləği açıqlanmasa da, bundan əvvəl qeydə alınan rekord satışdan çox olduğu məlumdur.
2021-ci ilin yayında Cek Qriliş "Aston Vİlla"dan "Mançester Siti"yə 117 milyon avroya keçib ki, bu da İngiltərədə rekord transfer sayılırdı. Britaniya mətbuatı mümkün bonuslar da daxil olmaqla, "Arsenal"ın Deklan Rays üçün "Vest Hem"ə 120 milyon funt sterlinq ödəyəcəyini yazıb.
Qeyd edək ki, 2017-ci ildə "Vest Hem"in əsas komandasına cəlb olunan Deklan Rays başa çatan mövsümdə UEFA Konfrans Liqasının qalibi olub. İngiltərə millisinin üzvü turnirin ən yaxşı oyunçusu seçilib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?