Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Ağsu və Yevlax şəhərlərinə səfər edib.
Qol.az xəbər verir ki, PFL-in texniki-idman direktoru Elgiz Abbasovun da qatıldığı səfərin ilk dayanacağı Ağsu rayonu olub.
Burada Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və 1-ci Liqada debütə hazırlaşan “Difai Ağsu” klubunun rəhbərliyi ilə görüş keçirilib. Qarşılıqlı fikir mübadiləsi aparılıb, atılmış və planlaşdırılan addımlar müzakirə edilib. Ardından klub rəhbərliyi ilə birgə stadiona baxış keçirilib. İşlərin gedişindən məmnunluq ifadə edilib və müəyyən qeydlər diqqətə çatdırılıb.
Yevlax şəhərinə səfər zamanı İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, eləcə də 1-ci Liqaya dönüş edən Azərbaycan futbolunun tarixi klublarından olan “Karvan” klubunun rəhbərliyi ilə görüş keçirilib. Görüşün ardından klub rəsmiləri ilə birgə Yevlax Şəhər Stadionuna baxış keçirilib. Stadionun durumu, eləcə də tikilməkdə olan baza haqda məlumat verilib. Görülən işlər qənaətbəxş hesab edilib və PFL rəsmiləri tərəfindən tövsiyələr verilib.(pfl.az)
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu