"Barselona" yeni transfer həyata keçirib.
Qol.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilir. Kataloniya təmsilçisi "Atletiko Paranaense"nin (Braziliya) hücumçusu Vitor Rokeni heyətinə qatıb. 18 yaşlı futbolçu ilə 500 milyon avroluq sərbəst qalma şərti ilə 2031-ci ilin yayına qədər - 8 illik müqavilə imzalanıb. Roke 2023/2024 mövsümünü icarə əsasında hazırkı klubunda oynayacaq.
Vitor Roke 2022-ci ilin aprelindən “Atletiko”da çıxış edir. O, bu komandada 66 matçda 22 qol vurub və 9 məhsuldar ötürmə edib.
"Barselona" üçün bu keçid yay transfer pəncərəsində üçüncü olub. Klub daha əvvəl azad agent qismində İlkay Gündoğan ("Mançester Siti") və İniqo Martinez ("Atletik Bilbao") ilə müqavilə imzalayıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr