"Qalatasaray" "Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantaranı heyətinə cəlb etmək istəyir.
Qol.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 32 yaşlı yarımmüdafiəçiyə çox cəlbedici təklif edib və müqavilənin şərtlərini müəyyən etmək üçün “Liverpul”la ilkin danışıqlar aparıb.
Alkantaranın "qırmızılar"la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 18 matçda iştirak etsə də, qol vura bilməyib. Futbolçu 2020-ci ildə "Bavariya"dan Mersisayd klubuna keçib. Transfermarkt onlayn portalı yarımmüdafiəçinin təxmini dəyərini 15 milyon avro qiymətləndirir.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı