"Lids Yunayted"in müdafiəçisi Dieqo Llorente daha bir mövsüm icarə əsasında "Roma"da qalacaq.
Qol.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Roma” İngiltərə klubu ilə 29 yaşlı futbolçunun icarə müddətini 2024-cü ilin iyun ayının sonuna qədər uzatmaq üçün razılaşıb.
2022/2023 mövsümünün ikinci yarısında Llorente 6 aylıq icarə əsasında "Roma"da çıxış edib. Müdafiəçi burada bütün turnirlərdə 12 matça çıxıb.
Qeyd edək ki, Llorentenin "Lids"lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video