Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli yığma komandasına yeni böyük məşqçi təyin olunub
Qol.az xəbr verir ki, Azərbaycan Cüdo Federasiyası kişilərdən ibarət milli yığma komandasının böyük məşqçisi vəzifəsinə almaniyalı mütəxəssis Slavko Tekiçi dəvət edib. O, 1 avqust 2023-cü ildən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq.
Yeni böyük məşqçi Slavko Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildən başlayıb və 1996-cı ildən etibarən Almaniyada fəaliyyətini davam etdirib. 1999-cu ildə Almaniyanın Hamburq Federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan milli yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb.
2017-ci ildə Almaniya Cüdo Federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb.
Fəaliyyəti dövründə hazırladığı idmançılar beynəlxalq turnirlərdə dəfələrlə medallar qazanıb. Onların sırasında Dominik Resseli, Maşa və Seyja Balhauz bacılarını, David Tekiçi və digərlərini qeyd etmək olar.
Slavko Tekiç beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və tətbiqi üzrə geniş təcrübəyə malikdir.
Qeyd edək ki, Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video