Millimiz Portuqaliyaya uduzdu

Millimiz Portuqaliyaya uduzdu
ÖLKƏ FUTBOLU 28 İyun 2023 / 20:43 1958
-  A +

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, komandamız A qrupunda 2-ci oyununda Portuqaliya ilə qarşılaşıb və 2:5 hesabı ilə uduzub. 

Görüşdə hesabı Azərbaycan açsa da, yığma meydanı məğlub tərk edib. Millinin ilk qolunu 6-cı dəqiqədə Orxan Məmmədov vurub. O, 31-ci dəqiqədə də fərqlənərək dubl edib. 

Azərbaycan millisi ilk oyununda Polşaya 2:7 hesabı ilə məğlub olub. Komanda qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner