Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Qol.az xəbər verir ki, qarışıq komanda yarışında millimiz ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gəlib. Yığma finalda Fransanı ilə qarşılaşıb. Çempionluq uğrunda mübarizədə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərib və hesabı 3:3 edib.
Qalib qızıl xal ilə müəyyənləşib. Rəqib idmançı Adrian Mivovan (60 kq) Məhəmməd Musayevlə görüşə çıxmayıb. Bununla da təmsilçimiz qalib elan edilib. Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.
Final
Qadınlar
48 kq
Vüsalə Hacıyeva – Selia Mayllar: Qələbə
63 kq
Fidan Qasımova - Emmi Qalludek: İpponla məğlubiyyət
63 kq
Kamilla Toholiyeva – Leonie Minkada-Cakineu: İpponla məğlubiyyət
Kişilər
60 kq
Məhəmməd Musayev – Adrian Mivovan: İpponla qələbə
81 kq
Aslan Kotsoyev - Desir Zoba Kasi: İpponla qələbə
81 kq
Ramazan Əhmədov – Mateo Akiana Monqo - İpponla məğlubiyyət
Qızıl xal
60 kq
Məhəmməd Musayev – Adrian Mivovan: Qələbə
Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci olub.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video