"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri barədə danışıb.
Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis "CBC Sport" kanalına açıqlamasında potensial rəqiblərlə ciddi maraqlanmadığını deyib: "İnanın ki, heç zərrə qədər düşünmürəm. Hətta bir neçə gün əvvəl də bir dəfə maraqlandım. Göndərdilər ki, potensial rəqiblərimiz bunlardır. Sadəcə yüngül maraqlanmışam. Belə fikir vermədim. Gözləyəcəyik. İnşallah, xeyirlisi olsun. Rəqib müəyyənləşəndən sonra diqqətimizi tam olaraq o komandaya yönəldəcəyik".
Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. "Qarabağ"ın potensial rəqibləri “Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul”(Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya), eləcə də 4 komandanın (“Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik”in Andorra) iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibidir.
Xatırladaq ki, 1-ci təsnifat mərhələsinin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq. İkinci mərhələnin püşkatma mərasimi isə iyunun 21-də keçiriləcək.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər