"Estoniya ilə oyunu canlı izləyirdim. Hamımız millidən qələbə gözləyirdik. Biz özümüz bir kənara, məşqçilər heyəti və futbolçular da qələbəyə köklənmişdilər. Amma qalib gələ bilmədik. Bu oyunda qələbə qazana bilmirsənsə, bu, artıq uğursuzluqdur. Mənim də məşqçi həyatımda elə olub ki, bəzən hansısa matçda mütləq qalib gəlməli idim, amma bəzən bu, alınmayıb".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avro-2024-ün seçmə mərhələsində millimizin Estoniyaya qarşı keçirdiyi oyunu (1:1) şərh edərkən jurnalistlərə deyib.
Sadıqov indiki millimizdə komanda ruhunun olmaması haqda sualı belə cavablandırıb: "Komanda ruhu olmadığını demək olmaz. Çünki bəzi oyunlarda həmin ruhu görmüşük. Son dönəmdə formalaşmış yaxşı heyət var. Öz klublarında, millinin bir çox oyunlarda mübarizə aparıblar. Bir-iki mövqedə problemimiz var. Amma ümumən götürsən, bəlkə də, son illərin ən yaxşı heyətidir. Bir çox matçlarda, xüsusilə səfər görüşlərində 90 dəqiqə olmasa da, müəyyən dəqiqələrdə yüksək səviyyədə oynamışıq. Buna ustalıq, bacarıq lazımdır. O, bizdə var. Sadəcə olaraq, bunu stabilləşdirib, tam potensiallarını almaq lazımdır. Estoniya ilə matçda daha yaxşı oynaya bilərdik. Söhbət nəticədən getmir. Mövsümün sonudur, futbolçular yorğun idi, bəlkə də çox köklənmişdilər oyuna, psixoloji cəhətdən hansısa sıxıntı var idi. Kollektivin içində deyiləm deyə, dəqiq fikir səsləndirə bilməyəcəm".
Millimizin sabiq kapitanı seçmə mərhələdən öncə yığma komandamızın ardıcıl 5 qələbə qazanmasına da toxunub: "Qələbədən qələbəyə fərq var. Baxır onu kim üzərində və necə qazanırsan. Millinin elə məğlubiyyətləri var idi ki, onlar mənə daha xoş idi. Çox ümidverici oyunlar olurdu. Futbolçular və komanda böyük potensial ortaya qoyurdu. Sadəcə olaraq, nəticəyə çevirə bilmirdilər. Yoldaşlıq görüşü mənim üçün heç vaxt göstərici, nəticə olmayıb. Yalnız məşqdir. Yaxşı rəqiblərlə 45-70 dəqiqə oynadığımız oyun mənim üçün daha ümidverici idi, nəinki yoldaşlıq görüşlərdəki qələbələr".
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu