Millimizin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində evdə Estoniya ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, heç-heçə etdikləri matçla bağlı bunları bildirib.
- İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Heç cür oyunumuz alınmırdı, düzgün ötürmələr verə bilmirdik. Ona görə üç əvəzetməyə getdik, komandanı dəyişdik. İkinci hissədə çox yaxşı oynadıq. Daha çoxuna layiq idik. Son dəqiqədəki epizod qol olsaydı, bəxtimiz gətirsəydi, oyunu uda bilərdik. İlk hissəyə görə məyus oldum, ikinci hissədən isə çox razıyam.
- İlk hissədə rəqib qapımıza üç zərbə vurdu. Demək olar ki, bizim də bəxtimiz gətirdi?
- Razıyam. İlk hissədə onlar bizdən çox yaxşı oynadılar, iki qol da vura bilərdilər. İkinci hissədə biz yaxşı oynadıq. Burada epizodlardan danışmaq istəmirəm. Amma fasilədən sonra yaxşı çıxış etdik və qələbəyə layiq idik.
- İlk hissədən razı qalmadığınızı dediniz. Demək olar ki, əsas heyət düzgün seçilməmişdi?
- Maraqlı sualdır.. Biz çoxdandır ki, 4-2-3-1 sistemi ilə oynayırdıq. Matçdan əvvəl beynimə şübhələr gəlmişdi ki, sistemi dəyişim. Amma sistemi dəyişsəydik, alınmasaydı, siz məni "öldürərdiz". İlk hissədə oyunumuz yaxşı getmədi və komandanı dəyişdik. Bizdə mövsüm qutarıb, çox oyunçular yorğundur. Estoniya bizdən daha hazırdır, çempionatlarının ortasıdır. Estoniya millisi fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Nəticəyə görə məyusam. Amma ikinci hissədəki oyuna görə razıyam.
- Ard-arda qələbələr qazandınız, dediniz ki, bina tikirəm. İki oyunda uduzdunuz, binanın axırı necə oldu?
- Sənin kimi insanlar çoxdur. Daha çox yıxılan bir ağacın səsini eşidirsən, nəinki qurulan meşənin.
- Azərbaycan xalqı sizdən qələbə gözləyirdi. Düşünmürsüz ki, bundan sonra qələbə olmayacaq və öz prestijinizə görə çıxıb gedəsiniz?
- Qrupumuz haqda nə düşünürsən?
- Dünən Ermənistan Uelsə qalib gəldi...
- Bizim qrupumuz haqda nə düşünürsüz? Futboldan yaxşı başın çıxır. Neçənci yerə çıxmalıyıq? Biz futboldan danışırıq, yoxsa hansısa barda oturub söhbət edirik? Azərbaycan hara çıxmalıdır? Uğur qazanmaq üçün yaxşı maşının olmalıdır.
- İlk gələndə belə demirdiniz...
- Siz məndən yaxşı bilirsiz ki, futbol cəmiyyətində nələr baş verir. Az vaxtda bu qədər az futbolçu ilə qısa periodda nəsə etmək çətindir.
- Nə qədər vaxt lazımdır?
......
- Qurban Qurbanov İtaliyada uğursuz nəticə göstərsəydi, İtaliya xalqı nə deyərdi?
- Bu nə sualdır?
- Bəzən sürücü maşından bezəndə satıb gedir. Hər dəfə bəhanə edirsiniz...
- Bir şeyi yarımçıq qoyub getmək xarakterimdə yoxdur. Daha güclü komandadan təklif var idi. Müqaviləm olduğuna görə getmədim. Başqa belə suallarınız var?
- İşinizi yarımçıq qoysaz, nə baş verər?
- Əgər getsəm, nə baş verər? Məni qovsalar, gedəcəyəm. Özüm getməyəcəyəm.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı