“Baş məşqçi kimliyindən asılı olmayaraq hər kəslə dil tapmalıdır”.
Bu sözləri Qol.az-a açıqlamasında “Kəpəz”in sabiq futbolçusu Əfran İsmayılov Tərlan Əhmədovun Gəncə klubundan istefaya göndərilməsinə münasibət bildirərkən deyib.
Tərlan Əhmədovla aralarında yaşanan problemlərə görə mövsümün ortasında karyerasını bitirən millimizin sabiq üzvü qeyd edib:
“Mən nə danışdığımı bilirdim. Deyirdim ki, geci-tezi var. Dediyim kimi də oldu. Baxmayaraq ki, “Kəpəz” Premyer Liqada qaldı, amma yenə də Tərlan Əhmədovu belə absurd qərarlarına görə yola saldılar. Mənə görə düzgün qərar idi. Yəni gözlənilən qərar verildi”.
Ə.İsmayılov “Kəpəz”in Tərlan Əhmədovu xarakterinə görə komandada saxlamadığını bildirib: “Kəpəz”də hamı ilə dalaşırdı. Təmizlik işçisindən tutmuş mühafizəçiyə qədər. Əfran, Rauf indiyə qədər hamı ilə yola gedib, heç kimlə problemləri olmayıb, komandanın uğurları üçün istər meydanda, istərsə də meydandan kənarda hər bir şey etməyə hazır olublar. Amma haqsızlıq tək bizə edilməyib. Əli Səmədov, Elvin Yunuszadəni də komandadan göndərdi. Onu bu xarakterinə görə yola saldılar getdi”.
Ə.İsmayılov keçmiş baş məşqçisinin təkcə ona qarşı haqsızlıq etmədiyini, digər futbolçularla bağlı da ədalətsiz qərarlar verdiyini deyib: “Mən onsuz da mövsümün sonunda karyeramı başa vuracaqdım. Özünə də demişdim ki, futboldan ikiəlli yapışmamışam. Sadəcə istəmirdim ki, futbolu belə bitirim. Amma elə oldu ki, futbolçuların içində mənimlə yaxşı danışmadı. Ona görə də aqressiv şəkildə cavablarını verdim. Artıqlaması ilə cavabını aldı, ona öz yerini bildirdim və rahat şəkildə ayrıldım. Əsas odur ki, sözüm ürəyimdə qalmadı. Nə sözüm vardısa dedim”.
Ə.İsmayılovun açıqlaması ilə əlaqədar T.Əhmədovla danışmağa cəhd etsək də, o, telefon zənglərinə cavab vermədi.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?