"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına geniş müsahibə verib.
Qol.az xəbər verir ki, championat.com saytına danışan 28 yaşlı dağıstanlı futbolçu bir sıra maraqlı məqamlara aydınlıq gətirib.
Azərbaycan vətəndaşlığını necə alması ilə bağlı danışarkən qapıçı bildirib: "Mənim Azərbaycan köklərim yoxdur. Sadəcə maraqlandım. 2014-cü ilin dekabrında, daha sonra martda Azərbaycanın gənclərdən ibarət yığmasının toplanışına çağırıldım. Azərbaycan federasiyasından olan şəxslər Rusiya Futbol İttifaqı ilə əlaqə saxlayıb mənim idman vətəndaşlığımı dəyişmək üçün icazə aldılar. Mən də bunda maraqlı idim. Hətta Rusiyanı tərk edərkən özümü daxilən hadisələrin belə cərayan edəcəyinə hazır sayırdım. Artıq geri qayıtmaq istəmirdim".
O deyib ki, Rusiya futbolundan hər hansı incikliyi olmayıb: "Amma başa düşürdüm ki, bu sistemlə heç nə etmək olmaz. İnsanlar sizə baxmaq belə istəmirlər. Sanki adamı yox, kağız parçasını görürlər. Bununla necə mübarizə aparasan? Eyni zamanda, məni "Torpedo" məktəbində yetişdirən bütün məşqçilərə, Şerbaka minnətdaram".
"Bəs Azərbaycanda belə hallar baş vermir" sualını Şahruddin Məhəmmədəliyev belə cavablandırıb: “Sumqayıt”la daxili çempionatda çıxış edəndə heç kim boy göstəricilərinə önəm vermirdi. Ancaq gənclər millisində buna diqqət yetirə bilərdilər. Axı Almaniya, Norveç, Rusiya kimi ciddi rəqiblərlə qarşılaşırdıq. Təbii ki, “Qarabağ”da əvvəl belə münasibət vardı. Axı, bu, hədəfləri, ambisiyaları yüksək olan komandadır. Amma Rusiyadakı münasibət qədər deyil".
O, Rusiyanın yeniyetmələrdən ibarət millisinə çağırılması zamanı boyuna görə problemlə üzləşdiyini söyləyib: "Məşqçi Nikonov məni seleksiya toplanşına dəvət etdi. Amma millidəki tam mühütu mən mən Şerbakın (2010-13-cü illərdə Rusiyanın U-17 millisinin baş məşqçisi Vladimir Şerbak - red.) rəhbərliyi altında hiss etdim. O, çox gözəl adam və məşqçi idi. Sözü üzə dəməkdən çəkinmirdi. Heç nəyi gizlətmədi və bildirdi ki, Şah, problem bax, bundadır, ona görə səni çağırmıram. Ola bilsin ki, Şerbak məni bir oyunçu kimi bəyənirdi. Amma o, başqalarının fikirləri ilə hesablaşmalı olurdu. Məsələn, qapıçılarla işləyən məşqçilər həmişə boy haqqında danışırlar. Bundan başqa, yuxarı yaş qruplarının məşqçiləri, xüsusən də U-21-dəkilər məni perspektivsiz hesab edirdilər. Deyirdilər ki, yüksək səviyyədə oynamağım üçün boyum o deyil. Məncə, artıq bu insanları inandırmaq olmaz".
Məhəmmədəliyev Azərbaycanın U-21 millisinin tərkibində Rusiya ilə oyunları da yada salıb. Bakıdakı matç komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb, Rostovdakı görüş isə heç-heçə bitib. Həmin görüşdə Rusiyanın heyətində sonralar Azərbaycanın əsas millisin çağırılan Ramil Şeydayev də iştirak edib.
Şahruddin bununla bağlı deyib: "Bu görüşü necə unutmaq olar? Ramili indiyə qədər "öldürürəm", ha-ha! Deyirəm ki, mən səni Bakıya necə apardım, hə? O da susur. Cavab verəcək bir şey yoxdur, axı".
Məhəmmədələliyev Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Çexiya) ilə matçda etdiyi səhvə görə ünvanına yönələn tənqidlərə də toxunub. O deyib: "Bəlkə də belə oynamağı dayandırsam, daha o mən olmayacağam. Həmişə belə olmuşam. Bu, mənim üslubumdur. Sadəcə nə vaxtsa düzəliş edilməlidir. Düşünürəm ki, illər keçdikcə daha təcrübəli və müdrik oluram. "Viktoriya" ilə matçdakı səhv də məni yalnız daha güclü və ağıllı etdi. Tənqidi qəbul etmək təbii ki, xoşagəlməzdir. Amma nə etmək olar? Səhv etmək normal şeydir".
Şahruddin bildirib ki, o, oynayan qapıçıdır: "Mən sadəcə çərçivədə dayanmağı sevmirəm. Sığortalamağı, ayaqla oynamağı, cərimə meydançasından çıxmağı xoşlayıram. Bu, çox risklidir - sən topun trayektoriyasını hesablamaya və ötürmədə səhv edə bilərsən. Amma ümumiyyətlə, illər keçdikcə sakitləşirəm".
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov