“Qarabağ”ın futbolçusu Qara Qarayev Misli Premyer Liqasının 2022/2023 mövsümünün mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib.
Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi komandasının tarixində 10-cu çempionluğu qaznması ilə bağlı sevindiyini bildirib:
“Hansı təəssüratlar yaşadığımı növbəti illərdə, karyeramı bitirəndən sonra dəqiqləşdirəcəyəm. Bu komandanın, əldə edilən uğurların tərkib hissəsi olmaq məni sevindirir. Hətta bundan sonrakı dönəmi də nəzərə alaraq deməliyəm ki, həyatımın ən önəmli titullarını “Qarabağ”da qazanmışam. Burada keçirdiyim fantastik illər var. Xüsusən də, ardıcıl çempionluqlarda, gerbimizə iki ulduz əlavə etməkdə əməyimin olması məni sevindirir. “Qarabağ” camiəsinə təşəkkür edirəm. Bu illər ərzində yumruq kimi bir olmuşuq. Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub. Ancaq bunu heç kimə verməmişik”.
Qarayev cari mövsüm çempionluq üçün daha çox güc sərf etdiklərini qeyd edib: “Ardıcıl 8 dəfə çempion olan komandanı hər kəs dayandırmaq istəyirdi. Rəqiblərin bizə qarşı göstərdiyi istək, aqressivlik normaldır. Gələn il bu mübarizə onqat çempiona qarşı olacaq. Ümid edirəm ki, növbəti mövsüm də çempion olacağıq. İldən-ilə mübarizə çətinləşir, daha çox sürət tələb edir. Əvvəllər bəzi rəqibləri rahat məğlub edə bilirdiksə, indi bu, mümkün olmur. Çünki hər kəs futbol oynamağı bacarır, çempiondan xal almaq istəyir".
Yarımmüdafiəçi klubun yay transfer pəncərəsi üçün planları haqda suallara bu cür cavab verib: "İllərdir bu uşaqlarla çiyin-çiyinə döyüşürəm. Son 10 ildə klubdakı uşaqları ailəmdən, dostlarımdan daha çox görürəm. Bütün çətin və yaxşı günlərimiz bir yerdə olub. Futbolçularla ayrılmaq heç də asan deyil. Ancaq təəssüf ki, futbol karyerası belədir. Bəzən istəməsən də, ayrılıqlar baş verir. “Heyətdə nə kimi dəyişikliklərin olacağını baş məşqçimiz Qurban Qurbanov daha yaxşı bilir. Ümid edirəm ki, bütün kollektiv yenə bir yerdə qalar”.
Sonda futbolçu öz mövqeyində Julio Romaonun daha çox oyun şansı almasına toxunub: “Beynimdə neqativ heç nə yoxdur. Müqaviləmdə heç kim mənə əsas heyət zəmanəti verməyib. “Qarabağ”da artıq 500-dən çox oyun keçirmişəm. Bu komandanın ən böyük uğurlarında yer almışam. Əgər mövqeyimdə başqa oyunçu çıxış edirsə, deməli, buna layiqdir. Mən də Romaonu həmişə dəstəkləyirəm. Təbii ki, öz yerim üçün də daim mübarizə aparıram. Yaşımdan asılı olmayaraq, əsas heyətdə oynamaq istəyirəm”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?