"Qəbələ"nin futbolçusu Rövlan Muradov Misli Premyer Liqasının 36-cı turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edərək Konfrans Liqasına vəsiqə qazandıqları oyundan sonra sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
Qol.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu yerə gəlmək üçün çox çətinliklərdən keçdiklərini bildirib:
"Avqust ayında komanda toplanışa gələndə bu mövsüm haqqında söhbətimiz zamanı "Biz bunu bacara bilərik!" dedik. Çox çətin, ağrılı, zədəli günlərdən keçdik və sonda istədiyimiz avrokuboklara vəsiqə qazandıq. Bu yolda bizə dəstək olan başda klub rəhbərliyinə, azərkeşlərimizə, bizə inanan doğmalarımıza təşəkkür edirəm. Çəkdiyimiz əziyyət yerdə qalmadı. Min şükür! Amma hələ bitməyib. İyun 3-də "Bakcell Arena"da Azərbaycan kubokun finalındə "Qəbələ" sevənləri səbrsizliklə gözləyirik".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı