Bu il aprelin 12-dən başlayaraq "İmişli" FK öz ev oyunlarını doğma stadionunda keçirməyə başlayıb. İmişli şəhər stadionunun ot ortüyündəki problemlər səbəbindən yerli komanda uzun müddət rəqiblərini başqa rayonda qəbul etmək məcburiyyətində qalırdı. Bu mövsüm onlar ev matçlarını Saatlı şəhər stadionunda keçirirdi.
Ot ortüyündəki problemlər aradan qalxdıqdan sonra isə "İmişli" yenidən doğma publikası önündə çıxış edir. Bu isə onsuz da əvvəldən futbola marağın yüksək olduğu bu şəhərdə bir canlanma yaradıb. Uzun fasilədən sonra aprelin 12-də "Qarabağ-2" ilə "ev"də keçirilən görüşü, rəsmi protokola görə, 4500 tamaşaçı izləyib. Komandanın İmişlidə keçirdiyi sonrakı iki görüşünə də maraq az olmayıb: "Kəpəz-2" ilə matçına 2500, bu mövsüm sonuncu ev görüşü - "Zirə-2" ilə qarşılaşmaya isə 4500 tamaşaçı tribunadan baxıb. Beləliklə, 3 matça düz 11.300 tamaşaçı gəlib. Bunlar Azərbaycan futbolunun bugünkü reallığında ən yüksək göstəricilərdən sayıla bilər.
Müqayisə üçün qeyd edək ki, Premyer Liqada paytaxtdakı mərkəzi oyunları çıxmaqla bir oyuna heç 2000 tamaşaçı gəlmir. Adətən, belə oyunlarda tamaşı sayı heç 1000-i keçmir. Amma məsələn, Tovuzda, Gəncədəki görüşlərdə biz tribunalarda minlərlə azarkeşin gəlməsinə şahid olmuşuq.
Tovuz, Gəncə, İmişlidə futbola maraq bir daha təsdiq edir ki, ölkədə futbolun populyarlığının artması, deməli, həm də inkişafında episentr rolunu məhz bölgələr oynayır. Təsəvvür edin, bu gün Lənkəran, Zaqatala və digər bölgələrimizdən də əvvəlkitək yüksək liqada komandalarımız olsaydı, necə həyəcan, bayram yaşanardı.
İmişlidəki tamaşaçıların oyunlara böyük marağını gördükdə isə ağla bir fikir gəlir: bu komanda Premyer Liqada oynasaydı, azatkeş sayı bundan da artıq olar, tribunalar ağzınadək dolardı. Bundan udan isə Azərbaycan futbolu olardı. Bunu etmək isə gec deyil... Ortada iradə və istək olarsa, "İmişli"yə də sponsor tapmaq və bu komandanı yenidən yüksək liqaya qaytarmaq mümkündür.
ELNUR
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı