Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medal qazana bilməyib.
Qol.az xəbər verir ki, Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 final mərhələsində Daikli Boubanı (Fransa) məğlub etsə də, Elios Manziyə (İtaliya) uduzub.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Sofia Fioranı (Argentina) mübarizədən kənarlaşdırıb, amma Amandine Buçarda (Fransa) yenilib. Eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminoviqdən (Kosova) güclü olsa da, Odette Giuffrıde (İtaliya) ilə bacarmayıb.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-dakı Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.
* * *
Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.
Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 finalda Ahmed Abdelrahman (Misir)/Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Sofia Fiora (Argentina)/Cenifer Eriyen (Haiti) duelinin güclüsü ilə, Aydan Əliyeva (52 kq) 1/32 finalda Erza Muminovyo (Kosova) ilə güləşəcək.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-da Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-da Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video