"Çətin oyun idi. "Qəbələ" ilə görüşü də saysaq, hamısı finala bərabərdir. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer Liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 33-cü turunda "Sumqayıt"la bugünkü görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, səfərdə qazandıqları 3:1 hesablı qələbəni belə şərh edib: "Qələbədən də başqa, komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun oynadıq. Buraxdığımız qol bizi "sındırdı". Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. "Sumqayıt"a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer Liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll edək. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam. Bu gün xarakter göstərdik. Komanda çətin vəziyyətdən çıxmaq üçün özündə güc də tapdı. Hər dəfə onlara deyirəm ki, bacarırsınız. "Zirə", "Neftçi", "Sabah", "Turan Tovuz", "Qəbələ"yə qarşı keyfiyyətli oyunlarımız olub. Komanda keyfiyyətli oyun göstərə bilir, sadəcə onu nəticəyə çevirə bilmirdik. Fasilədən sonra paltardəyişmə otağında komandanın ruhunu gördüm. İnam yarandı ki, fasilədən sonra geridönüş edə bilərik. Onu da bacardıq. Psixoloji baxımdan çox vacib qələbədir".
Diniyev əzmkar qələbə qazandıqları matç ətrafında çox düşündüyü bildirib: "Biz düşünürük. Onu həyata keçirən, icra edən futbolçular var. Bunu etməyəndə, alınmır. Amma bu gün alındı. "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm. Baxırdım ki, sanki axırlarda bu komandada durğunluq olur. Deməzdim ki, fiziki durum aşağıdır, xeyr. Birinci hissədə, 70-ci dəqiqəyə qədər sürətli, dinamik futbol nümayiş etdirirlər. Amma bəzi oyunlarda sonradan qopurlar. Mənim də düşüncəm belə idi ki, sonradan meydana sürətli, keyfiyyətli, oyunu öz üzərinə götürə bilən futbolçuları buraxım. Bu dəfə alındı. Belə deyim var, "məşqçi düşünür, futbolçu yerinə yetirir". Əgər futbolçular düşünsəydi, məşqçi lazım olmazdı. Yəni biz düşünürük, nə qədər alınması, futbolçulardan asılıdır".
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı