“Hər iki komanda yaxşı oyun sərgilədi. Rəqibə müsbət nəticə əldə etməyə imkan vermədik. Uşaqların oyunundan məmnunuq. İkinci yeri təmin etməyimizə baxmayaraq, onların motivasiyası qaydasında idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın məşqçisi Artur Olenin Misli Premyer Liqasının 33-cü turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis komandasının 2:0-dan sonra arxayınlaşması barədə sualı belə cavablandırıb: “Arxayınlaşdığımızı deməzdim. Düzdür, bir qədər oyuna nəzarəti əldən verdik. Lakin sonradan etdiyimiz əvəzetmələrlə yenidən üstülüyü ələ aldıq. Meydana sonradan daxil olan futbolçular yaxşı çıxış etdilər”.
O, bu tur keçiriləcək “Qarabağ” - “Qəbələ” matçının komandası üçün nə dərəcədə əhəmiyyətli olması barədə bunları söyləyib: “Bizim üçün öz oyunlarımız vacibdir. Biz ilk növbədə matçlarımızı qələbə ilə başa vurmalıyıq. Rəqibin necə oynaması bizi o qədər də narahat etmir”.
A.Olenin “Kəpəz”lə matçda əsas heyət qapıçısı Yusif İmanovun ehtiyatda qalmasına da toxunub: “Fürsət olduqca digər oyunçular da şans verməyə çalışırıq. Ona görə də bu gün qapıda Nicat Mehbalıyev dayanmışdı. O, qapısını toxunulmaz saxladı. 2-3 epizodda qurtarışları ilə seçildi. Nicatın oyunundan məmnunuq”.
“Sabah”ın məşqçisi “Beşiktaş”a keçiriləcək xeyriyyə görüşü barədə bunları bildirib: “Bu görüş mövsümün sonuna təsadüf etsə də, “Beşiktaş”ın adı motivasiyadır. Həmin görüşdə bacardığımızın ən yaxşısını ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, inamlı çıxış edək”.
Xatırladaq ki, “Sabah”ın baş məşqçisi Murad Musayev cəzalı olduğu üçün mətbuat konfransında onu köməkçisi əvəzləyib.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı