“Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Hazırlıqlar boksçularımızın təcrübə toplaması, lazımı formanı yığması baxımından faydalı olub”.
Qol.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə kişi boksçulardan ibarət milli komandanın baş məşqçisi Pedro Roke deyib.
Təcrübəli mütəxəssis mayın 1-14-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlığı və şansları dəyərləndirib. O bildirib ki, komanda hazırda yaxşı formadadır: “Bakıya ötən ilin iyunda gəlmişəm. Gələn kimi boksçuların axtarışında olduq. Sentyabrdan təlim-məşq toplanışlarına başladıq. İndiyədək ölkə xaricində 4 hazırlıq keçmişik. İlk toplanışımız ABŞ-da oldu. Ardınca İspaniya, Qazaxıstan və Bolqarıstanda hazırlıq keçdik. Bunların hər biri çox yüksək səviyyədə oldu. Toplanışlara güclü komandalar və güclü boksçular gəlmişdilər. İştirak etdiyimiz beynəlxalq turnirlərdə 35 medal əldə etmişik. Bunlardan 15-nin əyarı qızıl olub. Artıq hazırlığımız başa çatıb. Bu səviyyəyə çatmağımıza çox güc istifadə etmişik”.
Roke mundaila uğurlu çıxışa və bokssevərlərə sevinc bəxş edəcəklərinə inam ifadə edib: “Dünya çempionatına 13 boksçu ilə yollanırıq və onların hər biri medal qazana bilər. Amma hər yarışda 1-2 idmançı olur ki, daha çox şanslı hesab edilirlər. Təcrübəsinə, beynəlxalq turnirlərdəki nəticələrinə görə digərlərindən bir addım öndə olurlar. Ümid Rüstəmov, Alfonso Dominqes, Nəbi İsgəndərov, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Malik Həsənov yaxşı formadadırlar və düşünürəm ki, onlarla hər bir yarışda uğur qazana bilərik”.
Baş məşqçi dünya çempionatının asan keçməyəcəyini də qeyd edib: “Mundialda Kuba, Özbəkistan, Qazaxıstan, Rusiya kimi güclü boks ənənələri olan ölkələr iştirak edəcəklər. Düzdür, ABŞ, İngiltərə və bir neçə komanda Daşkəndə gəlməyəcəklər. Amma digər ölkələrdə bəzi çəkilərdə çox güclü boksçular var. Azərbaycan komandası da çox güclü heyətə malikdir. Dünya çempionatının adı üstündədir və gərgin mübarizə gedəcək. Biz də Daşkəndə medal ümidləri ilə gedirik”.
Roke bildirib ki, yarışda Azərbaycan üçün yeni rekord vurmaq arzusundadır: “Həmişə qarşıma hədəflər qoyuram. Mundialda Azərbaycan millisinin medal sayında rekordu 4 medaldır. Onu mən komandaya rəhbərlik etdiyim zaman Dohada bacarmışdıq. Medal sayında yenidən rekord vursam, çox xoşbəxt olaram. Bunun üçün də komanda olaraq çalışırıq. 10 aydır ailəmdən uzaqdayam. Onlar ABŞ-da yaşayırlar. Bəzən zəng edib deyirlər ki, bizi görməyə gəlməyəcəksən? Bildirirəm ki, mənim ailəm Azərbaycan boksudur. Onlar bunu başa düşür. İrəli getmək üçün həmişə dəstək verirlər. Çünki medallar çəkdiyin əziyyətin qazancıdır”.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) təmsil edəcəklər. Daşkəndə bu gün yollanacaq komanda mayın 15-də Bakıya qayıdacaq.
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu