“Çox gərgin oyun idi. Matçın tempi çox yüksək idi, qarşılıqlı hücumlar var idi. Həm “Sabah”, həm də biz tərəfdən. Həmişə demişəm ki, “Sabah” baxımlı futbol sərgiləyir və bu komandanın sisteminə qarşı mübarizə aparmaq çox çətindir".
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 29-cu turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Rəqibin cinahlardan və mərkəzdən qurduğu hücumların qarşısını almaq üçün taktiki cəhətdən daha savadlı, daha etibarlı, daha dəqiq oynamalısan. Düşünürəm ki, komandam bu gün hissələrlə, dəqiqələrlə yox, bütün 97 dəqiqəni yüksək səviyyədə keçirə bildi. Futbolçular meydanın hər qarışı uğrunda mübarizə apardılar. Özlərini meydanda fəda etdilər. Sevinirəm ki, “Sabah” kimi komandaya qalib gəldik. Komanda sona qədər özünə inandı. Sonda da qələbə qolunu vura bildik. Bu 3 xal bizim üçün hava-su kimi vacib idi. Amma arxayınlaşmaq olmaz. Hələ də turnir cədvəlində mövqeyimiz dəyişməyib” - deyə o bildirib.
Mütəxəssis meydana hücumçusuz çıxdıqlarını bildirib: “Əvəzetmələrlə bağlı onu deyə bilərəm ki, biz bu gün hücumçusuz oynayırdıq. Start heyətində iki “10 nömrə”yə şans vermişdim. Yalnız ikinci hissədə meydana hücumçu buraxdım. Çünki qol vurmaq zamanı gəlib çatmışdı. Bir daha deyirəm ki, futbolçularım bu gün taktiki cəhətdən çox savadlı oynadılar. Verdiyim tapşırıqları yerinə yetirdilər. Çempionatın sonuna qədər vuruşmalıyıq. Çünki bizi çətin bir finiş gözləyir”.
Diniyev iddialı klublara qarşı daha yaxşı oynamalı ilə bağlı sualı belə cavablandırıb: “Futbol tam başqa bir şeydir. Hər dəfə tempi tutmaq olmur. Motivasiya deyəndə, komanda saman çöpündən asılı olduğu vəziyyətdə toparlana bilirsə, bu, artıq xarakterdi. Bu gün sərgilədiyimiz futbolun 50-60 faizini bəzi rəqiblərə qarşı oynasaydıq, xal itirdiyimiz matçlarda sakit qələbə qazana bilərdik. Bu gün rəqib imkan vermirdi, biz oynadıq. Amma bəzən elə qarşılaşmalarımız olub ki, rəqib imkan versə də, oynamamışıq. Hər dəfə deyirəm ki, turnir cədvəlindəki mövqeyimiz bizi sıxır. Mənim kimi təcrübəli insan bu vəziyyətdədirsə, görün gənclər necə əziyyət çəkirlər. Qol buraxırıq, qapımızda penalti təyin olunur, yaxud qırmızı vərəqə alırıq - bütün bunlar gərginliyi daha da artırır. Bu gün mövsüm ərzində 11-ci dəfə qapımıza penalti təyin edildi. Psixoloji təzyiqdən çıxmaq çox çətindir. Komandanın içində olduğum üçün futbolçuları yaxşı başa düşürəm”.
Ş.Diniyev bu gün mərkəzi yarımmüdafiəçisi İlkin Muradova sağ cinah müdafiəçisi mövqeyində şans verməsinə də aydınlıq gətirib: “Cabir zədəli olduğu üçün bu gün İlkinə sağ cinah müdafiəçisi mövqeyində şans verdim. Bu, məcburiyyətdən atılmış addımdır. Çünki Muradovu meydanın mərkəzində görürəm. Amma İlkin Muradov növbəti turda “Zirə” ilə görüşdə nəinki həmin mövqedə, ümumiyyətlə meydanda olmayacaq. Çünki o, komandamızda məhz “Zirə”dən gəlib və centlmensayağı razılaşmamıza görə Murad doğma klubu ilə matçlarda forma geyməyəcək. Bəli, bilirəm ki, bu qadağa aradan götürülüb. Amma mən söz vermişəm. Hətta İlkinin həmin matçda meydana çıxması ilə biz Premyer Liqada qalacağıqsa belə, bu, mənə lazım deyil”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu