“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turunda evdə “Sumqayıt”a 2:3 hesabı ilə uduzduqları matç barədə danışıb.
Qol.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında komandasının müəyyən səhvlərə yol verdiyini bildirib:
“Təbii ki, nəticəyə görə üzgünəm. Oyuna tam başqa cür hazırlaşmışdıq. Bu gün istəmədiyimiz hallarla üzləşdik. İstər oyun baxımından, istərsə də zədə. Rəqib də bu gün çox istəkli idi. Bununla belə, daha diqqətli oynamalı idik. Xüsusən də ikinci hissədə. Buraxılan səhvlər rəqibin hesabda önə keçməsi ilə yekunlaşdı. Ondan sonra müəyyən dəyişikliklər etsək də, “Sumqayıt” yaxşı müdafiə olundu. Yekunda uduzduq. Xüsusən də öz meydanımızda məğlub olmaq bizi çox üzür. Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
Ayxan Abbasov Premyer Liqada yaranan fasilənin “Turan Tovuz”a müsbət təsir etmədiyini vurğulayıb: “Çempionatda yaranan fasilə komandaya yaxşı da təsir edə bilər, pis də. Lakin görünən budur ki, bizə pis təsir edib. Məsələn, Veysəl Rzayev U-21-in heyətində zədələndi. Halbuki bu gün o, meydanın mərkəzində komandamıza çox kömək edə bilərdi”.
Mütəxəsəssis ikinci hissədə komandasına müdafiə olunmaq göstərişi vermədiyini qeyd edib: “İnanmıram ki, hansısa məşqçi komandasına künc zərbəsi qazanmamaq, yaxud hücum etməmək tapşırığı versin. Sadəcə ikinci hissədə daha əvvəl də dediyim kimi, istəmədiyimiz məqamlarla üzləşdik. Rəqib də fərqli sistemlə oynadı. Fasilədən sonra hücuma keçməkdə çətinlik çəkməyimiz rəqibin üstünlüyündən irəli gəlirdi”.
“Turan Tovuz”un çalışdırıcısı Ayxan Quseynovun ehtiyatda qalmasının taktiki gediş olduğunui bildirib: “Bu gün 3 hücumçu ilə oynayırdıq. Ayxan da sırf taktiki gedişə görə start heyətində yer almamışdı. Ondan ikinci hissədə faydalanmağı planlaşdırırdıq. Sıx qrafikdə oynayırıq. Ona görə də növbəti matçlarda da heyətdə rotasiya etməyimiz mümkündür”.
Abbasov komandasında arxayınlıq olmadığını vurğulayıb: “Xeyr, hər hansı arxayınlıqdan söhbət gedə bilməz. Çünki Premyer Liqada yerimizi hələ təmin etməmişik. Baxmayaraq ki, hazırda altıncı pillədəyik. Riyazi hesablamalara görə, hər şey mümkündür. 9 tur 27 xal edir. Premyer Liqada yerimizi təmin etsək belə, oyunlara qeyri-ciddi yanaşmalıyıq deyə bir şey yoxdur. Çünki hər oyun üçün mükafat ayrılır və futbolçular da həmin mükafatı qazanmaq üçün çalışırlar. Bizim ən böyük çətinliyimiz stabilliyin olmamasıdır”.
Ayxan Abbasov mətbuat konfransında məyus görünməsinin keçmiş klubu “Sumqayıt”a uduzmaqla əlaqəli olmadığını bildirib: “Sumqayıt” keçmiş klubum olub. Amma məyus görünməyimin səbəbi odur ki, bu dəqiqə başımda çox fikir var. Məğlubiyyət, zədəlilər, bəzi futbolçuların bu gün gözlədiyimizdən zəif çıxış etməsi və sair”.
O, zədələnən Piruzi Marakvelidzenin durumunun ciddi olduğunu deyib: “Təəssüf ki, zədəsi ciddiyə oxşayır. Dartılma var. Yəqin ki, 2-3 həftə komandaya kömək edə bilməyəcək”.
Mütəxəssis kapitan Şəhriyar Əliyevin matçın gedişində yol verdiyi kobud səhvdən də danışıb: “O səhvi nəinki Şəhriyara, heç bir futbolçuya yaraşdırmıram. Belə oyunlarda rəqibə epizod verməməliyik. Ani diqqətsizlik oldu. Çalışmaq lazımdır ki, təkrarlanmasın. Digər tərəfdən qapıçı və müdafiəçi mövqeyi elədir ki, buraxılan səhv dərhal diqqət çəkir”.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı