"Barselona" "Monako"nun müdafiəçisi Vanderson de Oliveyra ilə maraqlanır.
Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Bildirilib ki, "Barselona" ötən yay 21 yaşlı oyunçunu almaq istəyib, ancaq "Monako" onu satmayıb.
Kataloniya klubunun məşqçilər heyəti və rəhbərliyi mövsüm ərzində braziliyalı futbolçunun oyununu izləyir. "Barselona" onun oyun keyfiyyətlərinin Xavi sistemi üçün ideal olduğuna inanır. Futbolçunun agentinin transferi təmin edəcək strategiyanı müəyyən etmək üçün qısa zamanda "Barselona" təmsilçiləri ilə görüşməsi gözlənilir.
Qeyd edək ki, Vanderson bu mövsüm "Monako" ilə Fransa Liqa 1 -də 22 matçda 3 qolun ötürməsini verib.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər