“Matça yaxşı start verdik. İlk yarını yaxşı səviyyədə keçirdik. Rəqibə başını qaldırmağa imkan vermirdik. Təhlükəli hücumlarımız da var idi. Lakin təəssüflər olsun ki, üstünlüyümüzü nəticədə əks etdirə bilmədik”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları görüşü şərh edərkən deyib.
O, artıq dəfələrlə autdan sonra qapılarında qol görmələrindən gileylənib: “Təəssüf ki, neçənci dəfədir autdan qapımızda qol görürük. Yenə də, ucuz qol buraxdıq. Rəqibin ilk təhlükəli hücumu qolla nəticələndi. Buna baxmayaraq, hesabda geri düşsək də, sona qədər mübarizə apardıq. Bəlkə də, nəticəni dəyişə bilərdik. Bir qol lazım idi. Ancaq həmin qolu vura bilmədik. Məğlub olsaq da, futbolçular sona qədər yaxşı mübarizə apardılar. Onların çıxışından çox narazı ola bilmərəm”.
“Zirə”nin çalışdırıcısı Rəhim Sadıqov və Rüstəm Əhmədzadənin matça laqeyd yanaşması fikri ilə razılaşmayıb: “Bəzi məsələlər sırf xarakterlə bağlıdır. Hər hansı futbolçumda laqeydlik hiss etsəm, dərhal tədbir görərəm. Rəhimdən və Rüstəmdən çox razıyam. Oyunlarda da, məşqlərdə də istəklidilər. Əllərindən gələni edirlər. Ola bilər ki, hansısa epizodda səhv etmələri yorğunluqla bağlı olur. Amma dediyiniz kimi olarsa, bunu etiraf edərdim”.
Sadıqov Amin Seydiyevə iki epizodda qırmızı vərəqə verilmə ehtimalı barədə danışmaq istəməyib: “Şərh vermək istəmirəm”.
Mütəxəssis matçın gec saatda start götürməsinin komandasına pis təsir etdiyini düşünmür: “Əksinə, dinamik, sürətli oyun getdi. Bu saatlarda oynamaq daha yaxşıdır. Futbolçular belə vaxtda özünü daha gümrah hiss edirlər. Sanki beynəlxalq oyuna hazırlaşırdıq. Belə ab-hava var idi. Rəqib də beynəlxalq səviyyədə idi. Futbolçuların əziyyətinə heyfislənirəm. Yaxşı nəticə ola bilərdi. Rəqibin heyətindəki usta futbolçular matçın taleyini həll etdi”.
Sadıqov üçüncü hissədə az xal toplamaları barədə də danışıb: “Oyun planında çox şikayətim yoxdur. Futbolçuların intizamı, məşqlərə yanaşması, oyunlara köklənməsində problem yaşamırıq. Xal ehtiyatına gəldikdə, təbii ki, daha çox xal toplamalı idik. Çempionatı təhlil edirsən, xal və qələbə qazanmaq da müşkül məsələyə çevrilib. Keçən il biz 5-8-ci yerlərdəki komandalara qalib gəlmişdik, yalnız sonuncu turda “Şamaxı” ilə heç-heçə etmişdik. Keçən ilki oyunlarla builki arasında çox fərq var. Futbolçular da daha fərqli olublar. Burada 10 komanda olmasının da rolu var. Sonuncu pillənin liqanı tərk etməsinin təsiri də həmçinin. Asan oyun yoxdur. Təbii ki, bu, hədəflərimizi dəyişmir. Liqanı təhlil etdikdə, baxdıqda, çətin olduğunu görürsən. 4-cü dövrə həlledici olacaq”.
R.Sadıqov qapı xəttində mümkün dəyişikliyə belə münasibət bildirib: “Bəlkə də Mehdi Cənnətov ikinci qolda topu çıxara bilərdi. Rotasiyalar bəzən səhvlərlə, bəzən psixoloji hazırlıqla, bəzən də rəqibə uyğun taktiki ilə bağlıdır. Anar Nəzirov ürəkli oyunçularımızdandır. Gəncədəki matçda ona şans verdik. Yaxşı da dayandı. “Sabah” standartlarda yaxşıdır. Xüsusi ev tapşırıqları olur. Bu detalları nəzərə alıb, bu gün start heyətində Mehdiyə üstünlük verdik. Hər iki qapıçı eyni səviyyədə çıxış edir. Müəyyən detallar var ki, qərarlara təsir edir”.
Sonda baş məşqçi yerli mütəxəssislərin bu il uğurlu fəaliyyətinə toxunub: “Qəbələ”də Elmar Baxşıyevin gördüyü işlər haqda ancaq xoş sözlər demək olar. Ümumiyyətlə, bu il gənc, yerli mütəxəssislər yaxşı işlər görür. Ayxan Abbasov “Turan Tovuz”da, Cavid Hüseynov “Şamaxı”da, Tərlan Əhmədov “Kəpəz”də”.
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı