"Real"ın hücumçusu Eden Hazard komandanın baş məşqçisi Karlo Ançelotti ilə münasibətindən danışıb.
Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu mütəxəssislə arasında problemlər olduğunu etiraf edib:
“Məni fikrimi dəyişməyə və müqaviləm başa çatana qədər "Real"da oynamamağa nə vadar edə bilər? Bilmirəm. Mən yalnız futbol haqqında düşünürəm. Ona görə də komandadan getməyi fikirləşmirəm. Komandanın uğuruna az da olsa, töhfə versəm, azarkeşlər yenə mənə inanacaqlar. Məni komandanın bir hissəsi hesab etməməklə səhv etdiklərini özlərinə etiraf edə bilərlər. Mənə lazım olan tək şey oyun şansıdır.
Ançelotti ilə aramda hörmət var. Deməyəcəyəm ki, danışırıq. Çünki danışmırıq. Amma aramızda həmişə hörmət olacaq. Növbəti matçda məni buraxmasa belə, Karlo Ançelotti kimi adama hörmət etməliyəm".
Qeyd edək ki, Hazardın "Real" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Onunla Ançelotti arasındakı münasibətlər o qədər də yaxşı deyil.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu