Kataloniya məhkəməsi "Barselona" ilə yarımmüdafiəçi Qavi arasında bağlanmış yeni müqavilənin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbrə verirk i, qərar Kataloniya klubunun məhkəməyə verilən müddətdən bir gün gec müraciət etməsi və maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı olub. Beləliklə, 18 yaşlı ispaniyalı futbolçu yenidən "Barselona"nın gənclərdən ibarət komandasının oyunçusu kimi qeydiyyatda olacaq.
Xatırladaq ki, sentyabrda “Barselona” ispaniyalı ilə müqavilənin müddətini 2026-cı ilin yayına qədər uzatdığını açıqlamışdı. Yeni müqavilə əsasən, onun maaşının artırılması nəzərdə tutmuşdu. Dekabrda məlum olmuşdu ki, kataloniyalılar şişirdilmiş maaş səbəbindən Qavini əsas komandaya daxil edə bilməyiblər.
Yanvarda La Liqa Kataloniya təmsilçisinə bildirib ki, yarımmüdafiəçi hələ də əsas komanda oyunçusu kimi qeydiyyatdan keçə bilməz, çünki onun yeni müqaviləsi iqtisadi tələblərə cavab vermir. Daha sonra məhkəmə "Barselona"ya Qavinin yeni müqaviləsini qeydiyyatdan keçirməyə icazə vermişdi və La Liqa apellyasiya şikayəti vermişdi.
Qeyd edək ki, Qavi bu mövsüm La Liqada 24 oyuna çıxıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər