"Barselona" yaxın vaxtlarda Serxio Busketsə müqaviləni uzatmağı təklifi edəcək.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu gün futbolçunun agenti Xosep Mariya Orobiç Kataloniya klubunun rəhbərliyi ilə görüşərək ispan oyunçunun gələcəyini müzakirə edib. Busketsin hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.
Yarımmüdafiəçi MLS və Səudiyyə Ərəbistanı klublarından təklif almasına baxmayaraq, daha bir mövsüm "Barselona"da qalmaq istəyir. O, Kataloniya təmsilçisində konkret təklif almayana qədər gələcəyi ilə bağlı qərar verməyəcək. Bildirilib ki, klub bu təklifi ona bu həftə göndərəcəyinə söz verib.
Qeyd edək ki, Buskets bu mövsüm La Liqada 21 oyunda 3 qolun ötürməsini verib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər