"Barselona"nın baş məşqçisi Xavi komandasının bu mövsümkü kəşfinin adını açıqlayıb.
Qol.az xəbər verir ki, mütəxəssis "Atletik"lə 25-ci turun oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında futbolçusu Alexandro Balde ilə bağlı sualı da cavablandırıb.
Balde dünənki matçın ən yaxşılarından olub. Xavi bildirib ki, 19 yaşlı bu sol cinah müdafiəçisinin potensialı çox yüksəkdir.
"O, Barselona"da uzun karyera qura bilər. Balde bu mövsümün böyük süprizi və ən böyük kəşfidir. Balde çox yüksək səviyyədə oynayır və daha da inkişaf edir" - deyə Xavi bildirib.
Qeyd edək ki, İspaniyanın əsas millisinin də üzvü olan Balde bu mövsüm "Barselona" ilə bütün turnirlərdə 32 oyun keçirib, 5 qolun ötürməsini edib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər