İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Vintertur”la qarşılaşıb. Renatın komandası oyundan qələbə ilə ayrılıb - 2:1.
Renat da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. "Qrashopper"in ilk qolunu da elə məhz 41-ci dəqiqədə Dadaşov vurub. Bu, Renatın cari mövsümdə "Qrasshopper"də vurduğu 7-ci qoldur.
Renat 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
"Qrasshopper" - "Vintertur" - 2:1
Qollar: Dadaşov, 41, Şxettin, 63 - Araya, 47
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər