"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 27-ci turunda "Kristal Pelas"ı məğlub etdikdləri oyunda (1:0) penaltidən vurduğu qolla komandasına qələbə qazandıran hücumçu Erlinq Haaland haqda fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, o, "Manchester Evening News"a açıqlamasında norveçli forvarda tərif yağdırıb: “O, hər oyunda beş qol vurmalıdır və etməsə, təzyiq altında olacaq ( gülür ). Amma indiyə qədər inanılmaz bir mövsüm keçirdiyi üçün ona heç bir təzyiq yoxdur.
Həmçinin oxuyun: Haalanddan Türkiyə mesajı
Onun tapdığım ən böyük keyfiyyətlərindən biri heç vaxt ruhdan düşməməsidir. Bir şansını əldən verə bilər, amma buna görə heç vaxt depressiyaya düşmür, üzülmür. O, şansının olacağını və bundan istifadə edəcəyini bildiyi üçün həmişə pozitiv düşünür. Bu, futbolçu üçün inanılmaz keyfiyyətdir.
Onun həyatı həmişə topu tora vurmaqla bağlı olacaq. Bir-iki qol vurmasa, insanlar onun daha əvvəlki kimi olmadığını deməyə başlayacaqlar. Ancaq o, həmişə bir nömərdir".
Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda vurduğu 27 qolla çempionatın ən yaxşı bombardiridir.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər