"Arsenal" İngiltərə Premyer Liqasının 7-ci turunda təxirə salınan və ötən gün keçirilən "Everton"la görüşdə qalib gəlməklə ölkə futbolu tarixində ilkə imza atıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi "Everton"u ümumilikdə 100-cü dəfə məğlub edib. Beləliklə, "Arsenal" çempionatda bir rəqib üzərində 100 qalibiyyət əldə edən ilk klub adını qazanıb.
"Arsenal"a bu 100 qələbə həddinə çatmaq üçün 204 oyun lazım olub. "Topçular" digrər 104 görüşün 43-də heç-heçə edib, 61 dəfə uduzub.
Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 60 xalla liderdir. Onlar 2-ci yerdəki "Mançester Siti"ni 5 xal qabaqlayırlar.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər