UEFA Rusiyanı 17 yaşadək qızlar arasında inkişaf turnirinə dəvət edib.
Qol.az "TASS"a istinadən xəbər verir ki, Avropa futbol qurumu Banqladeşdə keçiriləcək turnirə görə Rusiya Futbol İttifaqına müraciət ünvanlayıb.
Daha əvvəl Cənubi Asiya Futbol Federasiyasının mətbuat xidməti qurumun himayəsi altında keçiriləcək turnirdə 17 yaşadək qızlardan ibarət Rusiya yığmasının iştirak edəcəyi barədə məlumat yayıb.
Bildirilib ki, rusiyalı futbolçular Banqladeş, Butan, Nepal və Hindistan komandası ilə mübarizə aparacaq. Turnir martın 20-dən 28-dək Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək.
Xatırladaq ki, Ukrayna ərazisinə silahlı müdaxiləyə görə UEFA və FİFA 2022-ci ilin fevralında Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər