"Napoli"nin hücumçusu Viktor Osimhen 2022-ci ildə " İnter"in müdafiəçisi Milan Şkrinyarla toqquşmasından sonra görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə olub.
Qol.az Radio CRC"ə istinadən xəbər verir ki, bu barədə cərahiyyə professoru Canpaolo Tartaro məlumat verib.
Toqquşmadan sonra nigeriyalı oyunçunya orbital sümüyünün və yanaq sümüyünün çoxsaylı sınıqlarını bərpa etmək üçün 6 plitə və 18 vint quraşdırılıb. O, oyunlara maska ilə çıxır.
Tartaro əməliyyatla bağlı deyib: “Qırılmış orbital sümük görmə itkisinə qədər ciddi problemlərə səbəb ola bilər. Amma xoşbəxtlikdən göz orbitə qayıda bildi və hesab edirəm ki, plitələrin və vintlərin çıxarılması əməliyyatı Viktor üçün tələb olunmaya bilər. Biz dünyada ən yüksək keyfiyyətli plitələrdən istifadə etdik və onların implantasiya yerini diqqətlə öyrəndik. Mənə elə gəlir ki, indi Osimhen daha da yaxşı oynayır, dünya səviyyəli hücumçuya çevrilib və maskasını çıxarmır, çünki bu, ona əlavə özünəinam verir”.
Qeyd edək ki, 24 yaşlı Osimhen bu mövsüm İtaliya A Seriyasında 20 matçda 19 qol vurub və hazırda turnirin ən yaxşı bombardiridir.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər