"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunda evdə "Kəpəz"ə 1:2 hesabı uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
-Birinci dəqiqələrdən görünürdü ki, oyunumuz getmir, alınmır. Startda qol buraxırsansa, nəticə də bu cür olacaq. Düzdür, çox yaxşı oyunlarımız olmayıb. Nə məndən əvvəl, nə də mənim dövrümdə. Bəlkə də, bu, ən bərbad oyunumuz idi. Bu cür oyunla heç nəyə ümid etmək də olmaz. Layiqli şəkildə uduzduq. Bu gedişlə davam etsək, Premyer Liqadan düşsək, demək ki, layiqli şəkildə alınacaq. Əsəbdən dediyim sözlər deyil. Sadəcə bunları vurğulamaq lazımdır. Futbolçularla oyundan qabaq danışdıqlarımız hara, oynadığımız hara. "Kəpəz"in necə qol vura biləcəyi barədə danışmışdıq. Amma rəqib elə o mövqelərdən qol vurdu, bəzi oyunçularımızın qarşısından. Bu gün meydanda baş verən proseslərə görə, haqlı olaraq uduzmalı idik. Axırıncı iki-üç dəqiqəni heç hesaba almıram. Həmin asmaları onsuzda bütün komandalar edir. Bu, oyun üçün göstərici deyil. Qarşılaşmanın əvvəlindən öz ağırlığını qoya bilmirsənsə, uduzmağa məhkumsan.
- İlk yarıda "Sumqayıt" futbolçuları üçüncü ötürməni verə bilmirdi. Nə çatmadı?
- Oyun başladı və futbolçular bir-birinə ötürmələr edirdi. Amma orada artıq ustalıq səviyyəsi özünü göstərməlidir. Bugünkü gündə bizim futbolçular ötürmə verməklə, oyunun udulacağını düşünürsən, belə deyil. Bugünkü oyun da, buna sübut idi. Ustalıq səviyyəsi yoxdur, yaxşı, bunu başa düşdük. Heç olmasa, ürəyini meydanda qoymalısan, hər mübarizədə birinci olmalı, birinci və ikinci topları götürməlisən. Bunlar da yoxdursa...Bizim kimi komandalar üçün ustalıq səviyyəsindən danışmaq yersizdir. Amma dediyim ruhla da oynamayanda, nəticə bəlli olur.
- Buraxılan hər iki qolda Aydın Bayramovun səhvi var idi. Bu, nədən irəli gəlir, rəqabətsizlikdən, yoxsa qapıçı məşqçisinin zəif işləməsindən?
- Yox, qapıçılar üzrə məşqçinin bura nə dəxli? Komandanın baş məşqçisi var. Bəli, rəqabətsizlik ola bilər. Bir mətbuat konfransında demirəm, ikinci mətbuat konfransında demirəm, amma hər oyunda qapıda belə səhvlər var. O, oturub karyerasını düşünməlidir. İkinci qolda böyük səhvi oldu. Bu gün meydanda olan heç bir oyunçunu xüsusi dəyərləndirmək mümkün deyil. Bu oyunçu bir az yaxşı oynadı, demək olmur. O səhvlər olmasaydı, ən azından heç-heçə etmək imkanımız yarana bilərdi. Səhvlər sıralandıqca da, bu cür əziyyətlər çəkirik. Amma bunun da sonu olacaq.
- Qarşıdakı görüşlərdə İlnur Vəliyevi qapıda görə bilərik?
- Bunu indidən deyə bilmərəm. Çox çətindir. Biz dərhal analiz edib, nəsə deyirik. Sual verdiniz, bəli, səhvi vurğuladıq ki, doğrudur. Aydının səhvləri var idi. Ancaq növbəti matça hazırlaşanda ümumi ab-havanı görürsən, vəziyyəti dəyərləndirirsən. Bunlar həftəiçi gedən proseslərdir. Bu gün mən də çox hirslənmişəm, qapıçıma da həmçinin. Bütün komandalarda arzuolunan nədir? Hər mövqedə eyni gücdə futbolçular olsun. Bizim klublarda bu cür problemlər var. Bizdə də, bu, qapıdadır. Amma bizim də güvənmək borcumuzdur. Nə vaxta kimi çəkəcək, bilmirəm. Aydının da tez bir zamanda düzəlməyini, özünə gəlməyini arzulayıram.
- Məğlub ab-havada qarşıdakı tura necə hazırlaşacaqsız?
- Bu dəqiqəyə olanı soruşursunuzsa, hazırda paltardəyişmə otağında ab-hava heç də yaxşı deyil. Uduzmuşuq. Bugünkü oyun göstərdi ki, biz elə ən axırıncı pillədə olmağa layiqik (sportal.az).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu