"Çelsi" Ekvadorun "İndependiente del Valle" klubunun yarımmüdafiəçi Kendri Paeslə şifahi razılığa gəlib.
Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb. Tərəflərin razılaşmanı yekunlaşdırmağa yaxın olduğu bildirilir. Cənubi Amerikanın əsas istedadlarından sayılan 2007-ci il təvəllüdlü ekvadorlu yarımmüdafiəçi 18 yaşı tamam olanda London klubuna keçə biləcək.
Daha əvvəl futbolçu ilə "Mançester Yunayted", "Bayer" və Dortmund "Borussiya"sının da maraqlandığı bildirilirdi.
Bu mövsümdən 15 yaşlı mərkəz yarımmüdafiəçisi "İndependyente"nin gənclər komandasında çıxış edir. O, Ekvadorun 17 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində 5 oyunda 3 qol vurub.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı