"Bu oyun hər iki komanda üçün vacib idi. Rəqib çempionluq uğrunda mübarizə aparır, biz isə gənc futbolçularımızı Premyer Liqada saxlamaq üçün oynayırdıq. Çətin olacağını bilirdik. Onlara qarşı oynamaq həmişə çətin olub. "Sabah"ın keyfiyyətli oyunçuları var. Futbolçularımız hər şeyi yaxşı dərk edirdi, oyuna da yaxşı hazırlaşmışdıq. Onları təbrik edirəm. Layiqli qələbə qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 24-cü turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, hər matça üç xal üçün çıxdıqlarını bildirib: "Təəssüf ki, buna qədər ardıcıl dörd oyunda uduzduq. Futbolumuzu göstəririk, amma bəzi epizodlarda diqqətsizlik xal qazanmağımıza mane olur. Biz istədiyimiz futbolu oynamağı bilirik. Vacib olan budur".
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı