“Çelsi”nin baş məşqçisi Qrem Potter klubun azarkeşlərinin ona ünvanladığı məktublar barədə danışıb.
Qol.az “Reuters”ə istinadən xəbər verir ki, ingilis mütəxəssis fanatların ona və övladlarına ölüm arzuladığını bildirib:
“Dəstək mesajları ilə yanaşı, mənim və övladlarımın ölümünü arzulayan mesajlar da azarkeşlər tərəfindən elektron-poçt ünvanıma göndərilir. Bu, xoşagəlməzdir. Belə olduğu halda, necə davranmalıyam? Həmişə demişəm: nə qədər zirvədə olsaz, bir o qədər təzyiqlə üz-üzə gələcəksiniz”.
Qeyd edək ki, uğursuz mövsüm keçirən “Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 31 xalla 10-cu pillədə qərarlaşıb. Potter ötən ilin sentyabrında London klubunu çalışdırır.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı