Almaniyanın Qərb Regional Liqasında 20-ci turdan təxirə salınmış oyun keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” səfərdə “Lippştadt”la qarşılaşıb. 31 yaşlı forvardın komandası oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Şalke-2” hazırda turnir cədvəlinə 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşır.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı