“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo bu həftəsonu Ceyk Pol və Tommi Fyuri arasında keçiriləcək boks matçına getməyi planlaşdırır .
Qol.az xəbər verir ki, bu barədə portuqaliyalı oyunçu ilə yaxşı münasibətdə olan tanınmış jurnalist Piers Morqan "Talk Sport"un "Piers Morgan Uncensored" proqramında məlumat verib:
“Kriştiano Ronaldo mənə bazar günü döyüşə qatılacağını bildirdi. Və o, mübarizənin möhtəşəm olacağını düşünür. Çoxları belə düşünür, o cümlədən biz”, - deyə Morqan şounun sonunda bildirib.
Ceyk Pol və Tommi Fyuri dueli fevralın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanında keçiriləcək. Hər iki boksçu hələlik bir məğlubiyyət də almayıb. Ceyk Polun 6, Tommi Fyurinin 8 qələbəsi var.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı