MLS təmsilçisi "İnter Mayami"nin baş məşqçisi Fil Nevill klubun PSJ-nin hücumçusu Lionel Messi və "Barselona"nın yarımmüdafiəçisi Serxio Busketslə maraqlandığını təsdiqləyib.
Qol.az "The Times" nəşrinə istinadən xəbər verir ki, o deyib: “Lionel Messi və Serxio Busketslə maraqlandığımızı inkar etməyəcəyəm. Dünyanın ən yaxşı oyunçularını bu komandaya gətirmək istəyirik. Messi və Buskets son illərdə ən çox seçilənlər arasındadır. Onlar kluba böyük fayda verə biləcək əla oyunçulardır. Bütün liqa üçün bu, oyun dəyişdirici olardı".
Qeyd edək ki, 35 yaşlı Messi və 34 yaşlı Busketsin Avropa klubları ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı