“Anam mənim üçün böyük ilham mənbəyidir. O, həmişə bacımı və məni maarifləndirmək üçün əlindən gələni etməyə çalışıb, bizə gələcəkdə həqiqətən yaxşı insanlar olmağı öyrədib".
Qol.az xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Jorjinyo klubun saytına müsahibəsində deyib.
Braziliyalı futbolçu anasının ən yaxşı məşqçi olduğunu bildirib: "Həmişə mənimlə telefonda oyun haqqında danışır, matçlar və bütün hərəkətlərim barədə soruşur. Hər dəfə mənə oyunum haqqında düşünüklərini deyir. Yaxşı oynamayanda məni danlayır. Düzünü desəm, o, məni nadir hallarda tərifləyir. Çətin bir "məşqçidir". Onun da futbol təcrübəsi var, hələ də oynayır. Əslində həftədə üç dəfə futbol oynayır. O, futbolu çox sevir və biz həmişə bu haqda danışırıq".
Qeyd edək ki, braziliya əsilli futbolçu həm də İtaliya vətəndaşıdır və 2016-cı ildən bu ölkənin millisində çıxış edir. O, daha əvvəl "Verona", "Napoli" və "Çelsi"də oynayıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı