"İnter"in futbolçusu Hakan Çalhanoğlu Çempionlar Liqasının 1/8 finalında "Portu" ilə matçın (1:0) ən yaxşı oyunçusu seçilib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü matçdan sonra açıqlamasında bu mükafatı ölkəsindəki zəlzələdə zərərçəkənlərə həsr etdiyini deyib: "Bu mükafatı son günlər zəlzələdən zərər çəkənlərin hamısına həsr edirəm. Oynayanda həmişə onları xatırlayıram. Mənim üçün heç vaxt unuda bilməyəcəyim çətin iki həftə oldu.
Çətin rəqib üzərində vacib qələbə qazandıq. Epizodlar yaratdıq, sonra qol vurduq. Bilirik ki, Portuqaliyada daha da çətin olacaq.
Bu oyunda konsentrasiya çox yüksək idi. Çox güclü komandalara qarşı bu matçlarda hər zaman hazır olmaq və diqqəti cəmləmək lazımdır. Bütün oyunçulara ehtiyacımız var, keyfiyyətli yarımmüdafiəmiz var və hər kəs 90 dəqiqəyə layiqdir. Kimin oynamasından asılı olmayaraq, hamı hər zaman əlindən gələnin ən yaxşısını verir”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı