"Leyptsiq"in baş məşqçisi Marko Rouz Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə keçiriləcək oyundan gözləntilərini bölüşüb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, güclü rəqibdən çəkinmədiklərini bildirib:
“Mən çox güvəndiyim əla oğlanlarla işləyirəm. Biz sadəcə şansdan istifadə edib ən yaxşı komandalardan birinə qarşı cəsarətlə oynamaq istəyirik. Əlbəttə ki, Nkunku və Olmonun olması bizim üçün itkidir, amma yaxşı heyətimiz var.
Çətin oyun olacaq, amma hər şey mümkündür. Komanda olaraq bir yerdə olsaq və azarkeşlərimiz bizi dəstəkləsə, o zaman çox şeyə nail ola bilərik. Biz birlikdə güclüyük!"
Qeyd edək ki, sabah keçiriləcək "Leypsiq" - "Mançester Siti" oyunu Bakıvaxtı ilə saat 00:00-da başlayacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı