UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Gent" matçı öncəsi azarkeşlərin rahatlığı və bilet sisteminin təhlükəsizliyi üçün yenilik edilib.
Qol.az xəbər verir ki, stadionun hər bir sektorunun qarşısında sensorlu turniketlər yerləşdirilib.
Azarkeşlər biletdə qeyd olunan girişdən (A və ya B) keçərək nömrəsi qeyd olunan sektora yaxınlaşıb biletin QR kodunu oxudaraq turniketdən keçib stadiona daxil ola biləcəklər.
Klubdan Qol.az-a verilən məlumata görə, azarkeşlər üçün yeni qaydalar belə olacaq: "Bu sistem azarkeşlərimizin stadiona giriş-çıxışını asanlaşdıracaq. Əvvəlki oyunlarda biz biletlərlə bağlı problemlər yaşayırdıq. Məsələn, bir şəxsin bileti 7-ci sektora idisə, 14-cü sektorun qarşısında sıxlıq yaradırdı. Bileti yoxlayarkən o sıxlıqda həm könüllülər, həm də mühafizə xidmətinin əməkdaşları əziyyət çəkirdilər. Turniketlərdə isə vəziyyət fərqlidir. Əgər biletin 7-ci sektoradırsa, həmin biletlə başqa sektorunun qarşısında olan turniketdən içəri keçmək mümkün olmayacaq. Yəni 7-ci sektorun turniketlərindən başqa digər qapılarda yerləşən turniketlər bu bileti oxumayacaq. Belə hal bizim könüllülər və mühafizə əməkdaşlarının da işini yüngülləşdirəcək. Azarkeşlərdən xahiş edirik ki, biletləri matç sonuna qədər üzərlərinində saxlasınlar. Fasilə zamanı stadionun yaşıl zonasında - perimetrində hərəkət etmək, qida və su, həmçinin fanshopdan nəsə almaq üçün fürsət olacaq. Buna görə də fasilə zamanı belə bileti turniketə oxudaraq çıxıb, nəsə alıb yenidən turniketə oxudaraq stadiona girmək, tribunada öz yerini tutmaq mümkün olacaq. Matçın sonunda isə turniketlərə ehtiyac qalmayacaq. Azarkeşlər rahat şəkildə öz sektorlarını tərk edə biləcəklər".
Qol.az-ın əməkdaşı bu gün stadionda olarkən yeni tablonun quraşdırıldığına da şahid olub.
Azad Nuriyev
Yuxarı
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq